hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Yeni pandemiya başlayır: Bu dəfə soğandan…

Yeni pandemiya başlayır: Bu dəfə soğandan…

Kanada ABŞ-dan idxal edilən qırmızı soğanlardan yeni "salmonella" pandemiyasının yaranacağını bildirib.

Ümumilikdə bu xəstəliyə yoluxanların sayı 506 nəfərə çatıb.

Cebhe.info xəbər verir ki, Kanada Səhiyyə Nazirliyindən verilən məlumata görə, ABŞ-dan idxal edilən qırmızı soğanlardan ölkə ərazisinə salmonella xəstəliyi yayılıb.

Dünən daha 49 kanadalının da yoluxduğu xəstəliyə 14 sentyabrdan bəri ümumi yoluxanların sayı 506 nəfər olub. Səhiyyə Nazirliyi bildirib ki, ABŞ-dan göndərilən qırmızı soğanlarda başda salmonella xəstəliyi olmaqla yanaşı, bir çox xəstəliklər də ola bilər.

Kanada Səhiyyə Nazirliyi istehsalı ABŞ olan bütün qırmızı soğanları geri göndərib və artıq ABŞ-dan qırmızı soğan alıb, istifadə etməyin təhlükəli olduğunu bildirib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 3169