hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Yeni prezident İslam Kərimovun dövründən danışdı: “Hamı qorxu içərisində yaşayırdı”

Yeni prezident İslam Kərimovun dövründən danışdı: “Hamı qorxu içərisində yaşayırdı”

Özbəkistan Prezidenti Şafkat Mirziyoyev deputatlar qarşısında çıxış edərkən sabiq dövlət başçısı İslam Kərimovun hakimiyyət illərdindən danışıb. 

Mirziyoyev o  illəri "qorxulu dövr" adlandırıb. 

Cebhe.info xəbər verir ki, bu barədə "Qazeta.uz" məlumat yayıb.

Mirziyoyev çıxışı zamanı vurğulayıb ki, 15 il deputat olduğu illərdə bütün parlament əhli qorxu içində yaşayıb. “Çünki nə qədər sakit olsalar, o qədər yaxşı imiş”-deyə, prezident bildirib.

Ölkə Prezidenti deputatları cürətli və qərarlı olmağa, seçiciləri ilə dialoqları tənzimləməyə çağırıb.

"Yalnız bu halda parlamentlə vətəndaşlar arasında əsl körpü yarana bilər", - deyə Mirziyoyev bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Özbəkistan parlamentinin Qanunvericilik Palatasında yeni post yaradılıb: Birinci vitse-spiker. Həmin vəzifəyə isə İnsan Hüquqları üzrə Milli Mərkəzin direktoru Akmal Saidov təyin edilib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 5259