hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Yeni tədris ilində Ağcabədidə iki məktəb binası istifadəyə verilib

Yeni tədris ilində Ağcabədidə iki məktəb binası istifadəyə verilib

Bu gün Ağcabədi rayonunda iki məktəb binası istifadəyə verilib.

Təhsil Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, Salmanbəyli kənd tam orta məktəbi üçün inşa edilən 432 şagird yerlik binada tikinti işləri yekunlaşıb. Məktəbdə biologiya, fizika, kimya laboratoriyaları, informatika kabinəsi, sinif otaqları, əmək təlimi, məktəbəhazırlıq, linqafon və xidməti otaqlar, kitabxana, yeməkxana, bufet, akt və idman zalları yaradılıb, istilik və müşahidə sistemi qurulub. Məktəbin həyətində transformator qoyulub, qazanxana, nasosxana, içməli və çirkab su anbarları inşa edilib.

Qaradolaq kənd 1 nömrəli tam orta məktəbi üçün inşa edilən bina isə 264 şagird yerlikdir. Bu binada da tikinti işləri başa çatıb. İkimərtəbəli məktəbdə fizika, kimya laboratoriyaları, sinif otaqları, akt və idman zalları, informatika kabinəsi, tibb otağı, mətbəx, bufet yerləşir. Məktəb binası istilik sistemi ilə təchiz edilib, həyətində idman meydançası yaradılıb, yaşıllıqlar salınıb.
Əli Bədir
Cebhe.info


Oxunma sayı: 375