hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Baş nazir canlı yayımda olduğu zaman zəlzələ baş verib

Baş nazir canlı yayımda olduğu zaman zəlzələ baş verib

Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern bazar ertəsi günü ölkənin Şimal adasında baş verən zəlzələ zamanı özünün televiziyadakı canlı çıxışını dayandırmayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hökumət başçısı təkanlar bitəndən sonra nitqinə davam edib.

Yeni Zelandiyanın dövlət geofizika xidmətinin məlumatına görə, yerli vaxtla səhər 08:00-da, Oklenddən şimalda 45 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.8 olub.

Şimal adasının bütün qərb sahili boyu, eləcə də paytaxt Vellinqtonda təkanlar hiss edilib.

Zəlzələ zamanı Ardern milli televiziyanın xəbər proqramında iştirak edirmiş. O, baş verənləri yumorla qarşılaşıb, təkanlar dayandıqdan sonra isə çıxışana davam edib.

Cebhe.info


Oxunma sayı: 991