hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Yerevanda aksiyanı oliqarxların maskalı cangüdənləri dağıdıb

Yerevanda aksiyanı oliqarxların maskalı cangüdənləri dağıdıb

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiyanı dağıdan üzü maskalıların hökumətə yaxın oliqarxların cangüdənləri olduğu açıqlanıb.

Bunu noyabrın 21-də “Qraparak” yazıb.

“Nümayişi dağıdanlar məğlub baş naziri müdafiə edən və utandıqları üçün üzünü gizlədən maskalı polislər deyildi. Onların çoxu malikanələrdə yığışan hökumətə yaxın oliqarxların cangüdənləri idi. Mühafizəçilər hökumətə qarşı olan etirazları dağıtmaq üçün üzlərinə maska taxıblar.

Başqa bir anlaşılmazlıq isə maskalı həmin “polislərin” yaxasında Çin dilində təyinatı yazılmış uniforma geyinməsidir. Onlar aksiya iştirakçılarına qarşı sərt davranırdı.

Məsul şəxslər "polislər niyə belə geyinmişdi” sualımızı belə cavablandırdılar: “Polislər döyüşlərdə iştirak edib. Döyüşdən qayıtdıqlar üçün geyimləri yararsız hala düşmüşdü. Onlara belə formalar paylandı. Ermənicə polis yazılmasına vaxt çatmadı”, - qəzet yazıb.

Qeyd edək ki, noyabrın 20-də Yerevanda Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilib/Report.

Cebhe.info


Oxunma sayı: 782

Bizim Telegram səhifəmizi izləyin