hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Yerevanda etirazçılar yolu bağladı

Yerevanda etirazçılar yolu bağladı

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Yerevanın iki prospektini bağlayıblar.

Cebhe.info xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, polis yolu açmağa cəhd göstərir. Aksiyanı dağıtmaq üçün hərbi bölmələr də cəlb edilib. Onlarla aksiyaçı hadisə yerindən polis şöbəsinə aparılıb. Onların arasında separatçıların nümayəndəsi Tiqran Abramyan, keçmiş deputat Miqran Akopyan və başqaları da var. Etirazçılar küçələri avtomobillərlə bağlayıblar. Polis əməkdaşları evakuatorların yardımı ilə yolu açmağa başlayıb.

Cebhe.info


Oxunma sayı: 1013

Bizim Telegram səhifəmizi izləyin