hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Yerevanda gərginlik artır

Yerevanda gərginlik artır

Ermənistanın Daşnaksütyun Partiyası mayın 23-də mitinq planlaşdırır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə partiyanın ali orqanının təmsilçisi İşxan Saqatelyan özünün "Facebook" səhifəsində yazıb.

“Təcili! Daşnaksütyun Partiyası mayın 23-ü saat 17:00-da "Azadlıq" meydanında mitinq təşkil edir”, - partiya rəsmisi yazıb.

O, həmçinin bildirib ki, Daşnaksütyun Partiyası yaxın vaxtlarda xüsusi bəyanatla çıxış edəcək.

Xatırladaq ki, mayın18-də Ermənistanın keçmiş prezidenti Robert Köçəryan barəsində həbs qətimkan tədbiri ləğv edilib. O, zaminə buraxılıb. Bundan sonra Yerevanda vəziyyət gərginləşib. Dünən isə baş nazir Nikol Paşinyanın çağırışı ilə Ermənistan üzrə bütün məhkəmələr bir neçə saat blokadada saxlanılıb.

Cebhe.info


Oxunma sayı: 408