hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Yerevanda Saakaşvilini cəzalandırdılar

Yerevanda Saakaşvilini cəzalandırdılar

Ermənistanın Təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutunyan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Azərbaycana verdiyi dəstəyə görə Yerevan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilməsi təşəbbüsü ilə çıxış edib.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, Mixail Saakaşvili daha əvvəl Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib.

“Mənim mövqeyim ərazi bütövlüyü prinsipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək”, - deyə o özünün “Facebook” səhifəsində yazıb.

“Əlbəttə, bölgədən didərgin salınan əhalinin öz yurdlarına qayıtmaq haqqı var. Onların sülh şəraitində yaşamaq hüququ var və bu hüquq qorunmalıdır”, - deyə Mixail Saakaşvili vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 2696

Bizim Telegram səhifəmizi izləyin