hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Yerin peyki, yoxsa əkizi? - Ay haqqında bilmədiklərimiz

Yerin peyki, yoxsa əkizi? - Ay haqqında bilmədiklərimiz

Yerin yeganə təbii peyki olan Ay və Günəş sistemindəki V ən böyük peykdir. İnsanların ziyarət etmək şansı qazandığı yeganə göy cismi olan Ay haqqında bir sıra maraqlı faktlar var.

Cebhe.info xarici mətbuata istinadən onlardan bir neçəsini təqdim edir.

Təxminən Yerdən 384 min kilometr məsafədə yerləşən Ay geoloji aktivliyə malik olmasa da, zəlzələyə meyllidir. Ay zəlzələlərinin 4 növü var: dərin zəlzələlər, meteorit təsirindən titrəmələr, Günəşin istiliyindən baş verən zəlzələlər və dayaz zəlzələlər.

Dördüncü növ, dayaz Ay zəlzələləri daha təhlükəli hesab olunur. Belə zəlzələlər Rixter cədvəli üzrə 5,5 bal gücünə çata və 10 dəqiqə fasiləsiz davam edə bilər.

Elm adamlarını daha çox qorxuya salan məsələ həmin zəlzələlərin səbəbləri barədə hər hansı təsəvvürünün olmamasıdır. Yerdə baş verən zəlzələlər tektonik çuxurların hərəkətindən qaynaqlanır, Ayda isə aktiv tektonik çuxurlar mövcud deyil.

Məlumdur ki, elm adamları Ayı Yerin peyki hesab edir. Amma bir qrup alim Ayın planet ola biləcəyini düşünür. Bunun əsas səbəblərindən biri Ayın peyk üçün çox böyük olmasıdır. Ay və Günəş sistemində olan peyklərdən ən böyüyüdür.

Ayın Yer ətrafında fırlandığı məlum olsa da, alimlər əslində hər ikisinin öz kütləsinin ətrafında fırlandığını bildirirlər. Ayın “BaryCenter” nöqtəsi isə Yerin daxilində yerləşir. Bu səbəbdən də bir çox araşdırmaçılar Yer və Ayın əkiz planetlər olduğunu düşünür.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2619