hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Yevlaxda iki avtomobil toqquşub, ölən var

Yevlaxda iki avtomobil toqquşub, ölən var

Yevlax rayonunda ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 304-cü kilometrliyində, Aran qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı minik avtomobili "Ford" markalı kiçik tutumlu yük avtomobili ilə toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, 1963-cü il təvəllüdlü Hidayət Bəsər oğlu Camalov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 826