hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Yığımları azalan sığorta şirkətlərinin sayı 10-dan 7-yə düşüb

Yığımları azalan sığorta şirkətlərinin sayı 10-dan 7-yə düşüb

2017-ci illə müqayisədə 2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 7-sinin hesabladığı sığorta haqları azalıb.

Cebhe.info Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikalarına istinadən xəbər verir ki, ötən il “Atəşgah” sığorta, “AXA MBASK”, “AZSIĞORTA”, “Bakı Sığorta”, “Günay Sığorta” , “İpək Yolu Sığorta” və “Qala Həyat” sığorta şirkətlərinin hesabladığı sığorta haqları  azalıb.

2016-cı illə müqayisədə 2017-ci ildə 21 sığorta şirkətindən 10-nun topladığı sığorta haqları azalmışdı. Həmin “A-Qroup Sığorta Şirkəti”,“Atəşgah” Sığorta, Dövlət Sığorta Kommersiya Şirkəti, “Mega Sığorta”, “Qala Həyat” Sığorta Şirkəti , “Rəvan Sığorta”, “Standard Insurance”, “Xalq Sığorta”, “İpək Yolu Sığorta” və “Amrah Sığorta” şirkətinin yığımları azalmışdı.

Cebhe.info


Oxunma sayı: 398