hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Yol qəzalarında 125 nəfər ölüb: 3 ayda

Yol qəzalarında 125 nəfər ölüb: 3 ayda

2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol- nəqliyyat hadisəsi qeydə alınıb.

Cebhe.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu qəzalarda 125 nəfər həlak olub, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti aldığını bildirib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 45 (-10,7%) fakt, ölənlərin sayı 56 (-30,9%) nəfər, yaralananların sayı isə 8 (-2,1%) nəfər azalıb.

Yol-nəqliyyat hadisələrin növləri içərisində piyadanı vurmaq (142 - 37,7%, 49 ölü, 99 yaralı) və toqquşma (136 - 36,1%, 35 ölü, 179 yaralı) yenə də üstünlük təşkil edir.

Həlak olan 125 nəfərdən (qadınlar 20 nəfər, 7-16 yaş 7 nəfər,) 50-i piyada, 42-i sürücü, 29-u sərnişin, 3-ü velosipedçi, 1-i isə digər iştirakçı olub.

Cebhe.info


Oxunma sayı: 474