hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Yol qəzalarının böyük əksəriyyətində sürücülər günahkardır-DYP

Yol qəzalarının böyük əksəriyyətində sürücülər günahkardır-DYP

Xəbər verdiyimiz kimi, 2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol- nəqliyyat hadisəsi qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu qəzalarda 125 nəfər həlak olub, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Cebhe.info xəbər verir ki, aparılmış təhlillər 365 yol-nəqliyyat hadisəsinin məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verdiyini üzə çıxaırb.

Bu qayda pozuntularının 43,2%-i, yəni 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 29,8%-i isə, yəni 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.

Cebhe.info


Oxunma sayı: 969