hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Yoluxanların və ölənlərin küçələrdə qaldığı paytaxtda: Karantin 4-cü dəfə uzadıldı

Yoluxanların və ölənlərin küçələrdə qaldığı paytaxtda: Karantin 4-cü dəfə uzadıldı

Yeni ştammın sürətlə yayıldığı Hindistan paytaxtında sərt karantin 4-cü dəfə uzadılıb.

Cebhe.info xəbər verir ki, bu dəfə karantin mayın 24-dək qüvvədə olacaq.

Bu barədə Dehli meri Arvind Kecrival deyib. O bildirib ki, karantin yoluxma sayının azalmasına müsbət təsir edir:

"Biz bir neçə gündə əldə edilən nəticəni itirmək istəmirik. Karantin daha bir həftə uzadılacaq".

Ölkədə sərt karamtin fevralın ortasından qüvvədədir. Bu səbəbdən də sağalanların sayı 3,6 milyon nəfər artıb. Dehli uzun müddət Hinistanda yüksək yoluxma göstəricisinə malik olan şəhərlərdən olub. Sutka ərzində şəhərdə azı 6,4 min yoluxma qeydə alınıb. Ümumilikdə 66 mindən artıq xəstə hazırda müalicə şəraitindədir.

Dehli də daxil olmaqla bütün ölkədə vəziyyət gərgin olaraq qalır. Yoluxanların əksəriyyəti küçələrdə qalır, ölənlərin yandırlması da çox hallarda küçələrdə təşkil olunur.

19 apreldən eitbarən şəhərdə sərt karantin tətbiq olunur. Bütün ofis işləri evlərə köçürülüb, restoran, qeyri-ərzaq mağazaları bağlanıb, ticarət mərkəzləri işləmir, bütün tədbirlər təxirə salınıb. O cümlədən toy və yas mərasimlərdində itşirakçı sayı azaldılıb. Axşam saat 22:00-dan səhər saat 05:00-dək komendant saatı qüvvədə olur.

Xəzər

Cebhe.info


Oxunma sayı: 793