hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

"YouTube" kanalları necə bağlanacaq? - Azərbaycanda yeni qaydalar hazırlanır

"YouTube" kanalları necə bağlanacaq? - Azərbaycanda yeni qaydalar hazırlanır

Azərbaycan respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən rəqəmsal şəbəkələrdə müəllif hüquqlarının qorunması istiqamətində işlər təhlil olunub və müvafiq arayışlar aidiyyatı üzrə təqdim olunub.

Cebhe.info Report-a istinadla xəbər verir ki, müxtəlif şikayətlər əsasında müəlliflərin "YouTube" kanallarının bağlanması və gələcəkdə baş verə biləcək uyğun hüquq pozuntularının qarşısının alınması məqsədi ilə Agentlik tərəfindən tabeliyində olan Əqli Mülkiyyət hüquqlarının Təminatı Mərkəzinə tapşırıqlar verilib və Multikanal Media Şəbəkəsinin yaradılması istiqamətində işlərin görülməsi tapşırılıb.

Hazırda Mərkəz tərəfindən qeyd olunan fəaliyyətin qurulması üçün işlər aparılır.

İnformasiya-kommunikasiya texnologiyalarının, o cümlədən sosial media, videopaylaşım və digər rəqəmsal media platformalarının sürətli inkişafının əsərlərin istifadəçiləri üçün yaratdığı geniş imkanlar hesabına son illər “YouTube” kimi videopaylaşım platformalarında müəllif hüquqlarının pozulması hallarının artdığını nəzərə alaraq, mövcud problemin öyrənilməsi və neqativ halların aradan qaldırılması yollarının müəyyən edilməsi məqsədilə Prezident Administrasiyasının tapşırığı əsasında Əqli Mülkiyyət Agentliyi tərəfindən müvafiq hazırlıq işləri görülüb, araşdırmalar aparılıb, o cümlədən “YouTube” kimi platformalarla əməkdaşlığı təmin edəcək “Multikanal şəbəkə”nin yaradılması istiqamətində görüləcək işlər müəyyən edilib.

Hazırlıq işlərinin görülməsi prosesində sentyabr ayında Agentlikdə “Rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının qorunması” mövzusunda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Beynəlxalq yazışmalar və diplomatik korpuslar sektorunun, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin aidiyyəti şəxslərinin iştirakı ilə keçirilmiş görüşün nəticələri də nəzərə alınıb.

Tapşırığın icrası ilə əlaqədar, Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı tərəfindən “Multikanal Şəbəkə” barədə ilkin arayış və fəaliyyət planı, həmçinin gələcəkdə zəruri texnoloji infrastrukturun qurulması üçün lazımi avadanlıqlarla bağlı təklif hazırlanıb. Hazırda müəllif hüquqlarının qorunması məqsədilə “YouTube” kimi platformalarla əməkdaşlıq edəcək vahid “Multikanal Şəbəkə” formalaşdırılaraq əqli mülkiyyət hüquqlarının qorunmasının həyata keçirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi işi davam etdirilir.

Cebhe.info


Oxunma sayı: 837