hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

"YouTube" yarım milyon videonu silib - SƏBƏB

"YouTube" yarım milyon videonu silib - SƏBƏB

Son 12 ayda "YouTube" koronavirusla bağlı dezinfomasiya yayan yarım milyondan artıq videonu silib.

Cebhe.info xəbər verir ki, bu barədə yayılan rəsmi məlumatda bildirilir.

Videoların silinməsi prosesi 2020-ci ilin əvvəlindən başlayıb. Ötən müddətdə silinən vidoların sayı sürətlə artaraq yarım milyona çatıb.

“YouTube”un icraçı direktoru Süzan Voyçiski bildirib ki, hazırda diqqət koronavirusa qarşı peyvəndləməyə yönəlib. Burada da yalan informasiyaların yayılacağı istisna deyil.

Pandemiya dövründə “YouTube” istifadəçilərinin sayında da artım olub. İnformasiya almaq məqsədilə baxışların sayı dünya üzrə 25 faiz artıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 903