hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

YPG-nin ən müasir silahları: Atıb qaçdılar...

YPG-nin ən müasir silahları: Atıb qaçdılar...

Fərat çayının şərqində keçirilən “Sülh çeşməsi” əməliyyatı çərçivəsində ağır zərbə alan YPG terrorçuları mövqelərində ABŞ istehsalı olan bir çox müasir silahları və hərbi texnikanı qoyaraq qaçıb.

Cebhe.info Türkiyənin Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, terrorçuların qoyub qaçdığı hərbi texnikalar arasında dəyəri 1 milyon 300 min türk lirəsi (təxminən 220 min dollar - red.) olan "Humvee" zirehli avtomobil də var.

Qeyd edək ki, HMMWV (High Mobility Multipurpose Wheeled Vehicle və ya Yüksək Hərəkətli Çoxməqsədli Nəqliyyat Vasitəsi) və ya sadəcə "Humvee" əsasən ABŞ Silahlı Qüvvələrinin, habelə digər ölkələrin silahlı qüvvələr və polis orqanları tərəfindən istismar edilir. Avtomobil yüksək keçicilik imkanlarına malikdir, hava ilə daşınma və paraşütlə endirilmə üçün də əlverişlidir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Sülh çeşməsi” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 881