t Yuan ABŞ və Çin arasındakı ticarət razılaşması öncəsi bahalaşıb
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Yuan ABŞ və Çin arasındakı ticarət razılaşması öncəsi bahalaşıb

Yuan ABŞ və Çin arasındakı ticarət razılaşması öncəsi bahalaşıb

Asiyada inkişaf edən ölkələrin valyutaları bu gün qarışıq bir kurs izləyib. 

Cebhe.info xəbər verir ki, Çin yuanı iyul ayından bəri ən yüksək səviyyəyə yaxın yüksəlib. Analitiklər qeyd edib ki, pozitiv bazar qavrayışı davam edir. Dolların qlobal səviyyədə zəifləməsi ilə bu yüksəliş uzun müddət davam edə bilər. Dolların hazırkı indeksi 0,1 faiz, Asiya Sakit Okeanındakı indeksi 0,4 faiz artıb. 

Hazırda Filippin pesosu və Tayland bahası ucuzlaşarkən, Tayvan dolları və Hindistan rupisi üfüqi qalıb. Malayziya ringgiti 9 aylıq yüksəlişini geri çevirib. İqtisadçılar bildirib ki, inkişaf etməkdə olan ölkələrin valyutaları ralli yarışının sonundadır. 

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 804