hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Yunanıstan Türkiyə ilə sərhədi möhkəmləndirir: Qaçqın axınının qarşısı alınacaq

Yunanıstan Türkiyə ilə sərhədi möhkəmləndirir: Qaçqın axınının qarşısı alınacaq

Yunanıstan hökuməti Türkiyə ilə sərhəddəki Maritsa çayının öz tərəfində olan hissələrində maneələri genişləndirəcək.

Cebhe.info xəbər verir ki, bu haqda Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias yerli mətbuata açıqlama verib. Onun sözlərinə görə, bu qərar Türkiyədən gələn yeni immiqrasiya dalğasının qarşısını almaq üçündür:

"Sərhədlərimizin qorunması üçün zəruri hesab etdiyimiz bütün tədbirləri görürük".

Yunan mediası rəsmi Afinanın Maritsa çayının fərqli nöqtələrində 26 kilometrlik hasar quracağı və bütövlükdə 208 kilometrlik maneə yaratmağı planlaşdırdığı haqqında yazıb. Digər tərəfdən, hazırda sərhəd xəttinin şimalında 12 kilometrlik hasar var. Fevral ayında Türkiyə Yunanıstan sərhədindəki qapıların Avropa İttifaqı ölkələrinə getmək istəyən immiqrantlar, eləcə də sığınacaq axtaranlar üçün açıq olduğunu və sərhəd təhlükəsizlik işçiləri tərəfindən saxlanılmayacağını açıqlayıb. Bunun ardınca sərhəd xəttinə axın edən yüzlərlə immiqrantı Yunanıstan sərhəd işçiləri sərt müdaxilələrlə dayandırıb.

Tünzalə
Cebhe.info


Oxunma sayı: 3576