hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Yüngül xəstələr xəstəxanalara pulla götürülür? - TƏBİB araşdıracaq

Yüngül xəstələr xəstəxanalara pulla götürülür? - TƏBİB araşdıracaq

Tanınmış həkim, Azərbaycan Həkimləri İctimai Birliyinin üzvü Aydın Əliyev hazırda COVID-19 üçün ayrılmış xəstəxanalarda çox sayda tapşırıqla və pul alınaraq yatızdırılan yüngül xəstələrin olduğunu deyib.

Həkim iddia edib ki, ağır xəstələrə xəstəxanalarda yer tapılmır. Onlar evlərində və təcili yardım maşınlarında həyatını itirirlər.

Bu durumdan gileylənən Aydın Əliyev cavabdeh qurumlara səslənərək qeyd edilən halların təcili araşdırılmasını vacib sayıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış Cebhe.info-ya məsələnin araşdırılacağını deyib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 5402

Bizim Telegram səhifəmizi izləyin