Yunis Hüseynov istefa verdi

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.
Cebhe.info xəbər verir ki, keçirilən görüşdən sonra Yunis Hüseynovun istefası qəbul olunub.
55 yaşlı mütəxəssis “Keşlə” Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb.
Klub rəhbərliyi də öz növbəsində Yunis Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Qeyd edək ki, Y.Hüseynov 2020-ci ilin avqustunda komandanın baş məşqçisi təyin olunmuşdu.
Cebhe.info
Oxunma sayı: 892