hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Yürüşdən sonra yoluxma sayı artacaqmı? – HƏKİM RƏYİ

Yürüşdən sonra yoluxma sayı artacaqmı? – HƏKİM RƏYİ

“Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan cəbhəsində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüşdən sonra yoluxma sayının artacaqı ilə bağlı müxtəlif fikirlər var”.

Cebhe.info-nun xəbərinə görə, bu fikirləri uşaq həkimi, pediatr Vaqif Qarayev bildirib.

Həkim qeyd edib ki, emosional vəziyyətdə insanın müqaviməti artır, ona görə də yoluxma artmaz:

“Bu fikirdə həqiqət var, amma stressdən, emosional partlayışdan müqavimət həm də zəifləyir, bunu da unutmayaq! Birinci Dünya Müharibəsində qarın yatalağı epidemiyası vardı, amma insanlar döyüşə gedirdi, bu da doğrudu, amma müharibə həm də xəstəlik deməkdir. Lakin biz həmin gün döyüşə getmirdik. Nəticəsi hamıya bəllidir. “Yoluxma artacaq” deyəndə "biz nə hayda, sən nə haydasan" deyirlər, təhqir edirlər. Biz də sizlər olan haydayıq, amma pandemiya daha öldürücüdür!

Mən şəxsən o yürüşə pis baxmıram, amma bildiyim bir həqiqət var, yoluxma artacaq!

Məncə, bundan sonra Bakıda karantin qaydalarını sərtləşdirməyin elə bir əhəmiyyəti qalmır”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 2707