hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Yuventus" baş məşqçisini istefaya göndərib

"Yuventus" baş məşqçisini istefaya göndərib

İtaliya "Yuventus"u baş məşqçi Mauritsio Sarrini istefaya göndərib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 61 yaşlı mütəxəssislə əməkdaşlıq dayandırılıb.

Turin təmsilçisi Çempionlar Liqasının 1/8 finalında Fransa "Lion"u tərəfindən səfər qolu prinsipi əsasında mübarizədən kənarlaşdırılıb - 0:1, 2:1.

Sarri "Yuventus"a 16 iyun 2019-cu ildən rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda ardıcıl 9-cu mövsüm İtaliya çempionluğu əldə edib. Lakin ölkə kubokunun finalında "Qoca Sinyora" "Napoli"yə uduzub.

Cebhe.info


Oxunma sayı: 2157