hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Yuxarı Şirvan kanalının 123 km-lik hissəsi yenidən qurulacaq

Yuxarı Şirvan kanalının 123 km-lik hissəsi yenidən qurulacaq

Yuxarı Şirvan kanalının yenidənqurulması üzrə layihə sənədlərinin hazırlanması işləri davam etdirilir.

Bu barədə “Azərbaycan” qəzetindəki məqaləsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.

“Layihə çərçivəsində mövcud suvarılan və suvarılması nəzərdə tutulan yeni sahələrin müəyyənləşdirilməsi üçün Yevlax, Ağdaş, Ağsu, Kürdəmir, Ucar, Göyçay, İsmayıllı, Hacıqabul və Şamaxı rayonları üzrə yer quruluşu, topoqrafiya, geoloji-axtarış və digər işlər yerinə yetirilib, kanalın 123 km-lik hissəsinin yenidənqurulmasının layihə-smeta sənədləri hazırlanıb. Hazırda aidiyyəti qurumlarla razılaşdırma işləri aparılır.

Kanalın yenidən qurulmasında əsas məqsəd 1958-ci ildə istifadəyə verilmiş və uzun müddət fasiləsiz olaraq istismar olunmuş kanaldan baş verən sızma itkilərinin azaldılması, suvarma suyundan daha səmərəli istifadə olunması, gələcəkdə kənd təsərrüfatı sektoruna xidmət etmək üçün suburaxma qabiliyyəti daha böyük olan yeni magistral kanalın yaradılmasıdır. Buna görə yeni Yuxarı Şirvan kanalı ümumi uzunluğu təxminən 190 km, suburaxma qabiliyyəti saniyədə 180 kubmetr olan beton üzlükdə inşa olunacaq və əlavə sahələri suvarma suyu ilə təmin edəcək. Bundan savayı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı (400 hektar) və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin (280 hektar) olmaqla ümumilikdə 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üzrə Araz çayının yeni qol-kanalından Saatlı, İmişli və Biləsuvar rayonları ərazilərində suvarma suyunun paylanması üçün paylayıcı kanalların, Ağcabədi rayonunun 3800 hektara yaxın torpaq sahələrinə suvarma suyunun verilməsi üçün Yuxarı Mil kanalının tikintisi işləri davam etdirilir”, - o bəyan edib.

Cebhe.info


Oxunma sayı: 4654