hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Zahid Oruc "Qaçqınkom"un adının dəyişdirilməsini təklif etdi

Zahid Oruc "Qaçqınkom"un adının dəyişdirilməsini təklif etdi

“Qələbə dövrünün qarşıya qoyduğu mühüm vəzifələrdən biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Qayıdış və Quruculuq Komitəsinə çevrilməsidir”.

Bunu bu gün Milli Məclisin plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, dünyada mövcud olan 80 milyondan çox köçkündən yalnız bizim xalqımıza nəsib olan qayıdış hadisəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsidir və ona görə də hazırda böyük miqyaslı işlər icra edən Komitənin, onun fədakar rəhbərliyinin və kollektivinin yüz minlərlə vətəndaşımızın doğma torpaqlarımıza qayıdışında da görəcəyi işlər misilsizdir:

“Beləliklə, biz təkcə dövlət-hökumət institutlarını deyil, ictimai-siyasi leksikonumuzu, təhsil, mədəniyyət və ədəbiyyat sistemimizi, kitablarımızı, siyasi proqram və konsepsiyalarımızı parlaq Qələbəmizə uyğunlaşdırmalıyıq. Yeni milli kimlik, yeni qalib xalq və dövlət statusu bizdən fərqli ideologiya, yeni düşüncə və yeni hədəflər tələb edir”.

Cebhe.info


Oxunma sayı: 463