hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Zambiya prezidenti hərbi paradda huşunu itirib

Zambiya prezidenti hərbi paradda huşunu itirib

Zambiya prezidenti Edqar Lunqu ölkə paytaxtı Lusakedə keçirilən hərbi parad zamanı huşunu itirib.

“RİA Novosti” xəbər verir ki, məlumatı dövlət başçısının administrasiyası yayıb.

Bildirilib ki, tədbir zamanı prezident Edqar Lunqunun qəflətən başı gicəllənib. Dövlət başçısı ölkə vətəndaşları və beynəlxalq ictimaiyyətə əminliklə bildirib ki, özünü yaxşı hiss edir, dövlət başçısı funksiyasını yerinə yetirir.

Qeyd edək ki, 64 yaşlı Edqar Lunqu huşunu itirəndən bir gün sonra Zambiyanın 97 yaşlı birinci prezidenti, 1964-1991-ci illərdə ölkəyə başçılıq etmiş Kennet Kaunda hospitala yerləşdirilib/Report.

Cebhe.info


Oxunma sayı: 727