hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Zaqatalada 9 ton narkotik bitki məhv edilib

Zaqatalada 9 ton narkotik bitki məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Cebhe.info-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Cebhe.info

 


Oxunma sayı: 518