hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Zaxarovadan Lavrovun Yerevan və Bakıya səfərinə reaksiya: "Əsas prioritet mövzu Qarabağ olacaq”

Zaxarovadan Lavrovun Yerevan və Bakıya səfərinə reaksiya: "Əsas prioritet mövzu Qarabağ olacaq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistana səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Lavrov İrəvanda rəsmi görüşləri mayın 6-da keçirəcək. Rusiya XİN rəhbəri daha sonra mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Zaxarovanın sözlərinə görə, səfər zamanı ikitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş spektrinin, habelə beynəlxalq arenada qarşılıqlı əlaqələrin nəzərdən keçirilməsi gözlənilir. Ancaq danışıqların prioritet mövzusu Dağlıq Qarabağla bağlı mövcud razılaşmaların həyata keçirilməsi olacaq.

"Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının reallaşdırılmasına yönələcək”, - deyə Zaxarova vurğulayıb/Azvision.

Cebhe.info


Oxunma sayı: 540