hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Zelenski bu tarixdə ABŞ-a səfər edəcək

Zelenski bu tarixdə ABŞ-a səfər edəcək

ABŞ administrasiyası Ukrayna Prezidenti Vladimir Zelenskinin 30 avqustda Vaşinqtona səfərini gözləyir.

Cebhe.info xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

"Prezident Bayden 30 avqust 2021-ci ildə Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ağ Evdə görüşməyi səbirsizliklə gözləyir", - deyə bildirlir.

Məlumatda qeyd olunur ki, bu səfər Rusiyanın Donbas və Krımda davam edən təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ABŞ-ın sarsılmaz dəstəyini təsdiqləmək məqsədi daşıyır.

Cebhe.info


Oxunma sayı: 914