hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Zelenski: "Ən çox övladlarım əziyyət çəkir"

Zelenski: "Ən çox övladlarım əziyyət çəkir"

Ukrayna Prezidenti Vladimir Zelenski ikinci prezidentlik müddəti ilə bağlı hələ qərar vermədiyini bildirib.

Cebhe.info xəbər verir ki, "Facebook"-da yayımlanan press-marafonda o, bu qərarı Ukrayna xalqının verməli olacağına aydınlıq gətirib.

Siyasətçinin fikrincə, bu qərar bir çox cəhətdən onun namizədliyinin cəmiyyətdə dəstəklənməsi ilə əlaqələndiriləcək, lakin onun özü hələ konkret strategiya planlaşdırmayıb. “Mən hakimiyyət uğrunda mübarizə aparmayacağam. Mən Ukrayna üçün döyüşəcəm”, - deyə Zelenski bildirib.

O vurğulayıb ki, indi onun əsas vəzifəsi 2019-cu ildə verdiyi vədləri yerinə yetirməkdir.

Ukrayna lideri onu da bildirib ki, ailəsi ilə ikinci müddətə prezidentliyə namizəd olmaq məsələsini müzakirə edəcək.

O qeyd edib ki, tutduğu vəzifədən daha çox mətbuatın və bütün cəmiyyətin təqibində olan övladları və digər ailə üzvləri əziyyət çəkir.

Qeyd edək ki, bundan əvvəl Zelenski ikinci müddətə namizədliyini irəli sürmək ehtimalını dəfələrlə şərh edib.

O, əmin edib ki, hazırkı prezidentlik müddətinin sonuna qədər işləmək niyyətindədir.

Zelenski qeyd edib ki, o, bütün gücü ilə ölkəyə rəhbərlik etmək istərdi.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 804