hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Zelenski kresloya bu tarixdə oturacaq 

Zelenski kresloya bu tarixdə oturacaq 

Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskinin andiçmə mərasiminin tarixi bəlli olub. 

Cebhe.info xəbər verir ki, mərasim 20 maya təyin edilib.

Ali Rada həmçinin öz iş rejiminə dəyişiklik edərək yeni qrafik müəyyən edib.

Mərasimin 20 mayda keçirilməsinə 315 deputat səs verib. Bu isə çoxluq deməkdir. Ümumilikdə 7 variant nəzərdən keçirilib və 20 may qərarlaşdırılıb. 

Xatırladaq ki, Ukraynada andiçmə mərasimi ilə bağlı qalmaqal bir neçə gündür davam edirdi. Zelenski Ali Radanı "kiçik fırıldaqçılıqda" ittiham edərək 14 maya qədər andiçmə tarixi təyin etməməkdə günahlandırıb. Həminin 7 ölkənin səfiri Petro Poroşenkodan kresonu artıq təhvil verməyə çağırıb.

Əgər andiçmə mərasimi mayın sonu və ya iyunun 1-də keçirilsə, Zelenski Ali Radanı buraxmaq imkanını itirəcək.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1024