hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Zelenski məmurları hədələdi: “Onları əsirlərlə dəyişmək olar”

Zelenski məmurları hədələdi: “Onları əsirlərlə dəyişmək olar”

“Petro Poroşenko başda olmaqla 2014-cü ildən etibarən Ukrayna hakimiyyətində olmuş bütün rəhbər şəxsləri lüstrasiya etmək lazımdır”.

Cebhe.info-nun məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski "Facebook" sosial şəbəkəsində belə bir müraciətlə çıxış edib. “Onlar ictimaiyyəti aldadırlar ki, biz lüstrasiyadan imtina etmək istəyirik. Hər kəs başa düşsün ki, biz lüstrasiyadan imtina etməyə hazırlaşmırıq, əksinə onu daha da gücləndirmək istəyirik”, - deyə prezident bildirib.

Zelenski qeyd edib ki, müxtəlif səviyyəli məmurlarla ünsiyyətdən sonra onlar barəsində danışmaq üçün senzuralı sözlər kifayət etmir. “Onlar hamısı bir rəngdədir - bənövşəyi!”,-prezident belə bəyan edib. Çoxsaylı pozuntuları, korrupsiyanı xatırladan V.Zelenski məmurların vətəndaşlara narazı sifət göstərməklə sadəcə xalqı hədələyərək təhqir etdiyini deyib. Müdafiə Nazirliyində aşağı keyfiyyətli məhsulların satın alınması ilə bağlı son qalmaqallara toxunan dövlət başçısı “Belə vəzifəli şəxsləri ya bizim əsirlərlə dəyişmək və ya aldıqları bədən zirehlərini onlara geyindirib cəbhə xəttinə göndərmək olar”, - deyib.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 430