hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Zelenski milyarderə güzəştə getmədi

Zelenski milyarderə güzəştə getmədi

Ukrayna Prezidenti Vladimir Zelenski hakimiyyətin “Privatbank”ı keçmiş ortağı, sahibkar İqor Kolomoyskiyə qaytarmaq niyyətində olmadığını deyib. 

Cebhe.info-nun məlumatına görə, dövlət başçısı bu barədə Kiyevdə keçirdiyi mətbuat konfransında açıqlama verib. Jurnalistin “Kiyev “Privatbank”ı Kolomoyskiyə qaytaracaqmı” sualına Vladimir Zelenski “Ukrayna yox” cavabını verib. 

Qeyd edək ki, İqor Kolomoyskiyə məxsus “Privatbank” 2017-ci ildə məhkəmənin qərarı ilə özəlləşdirilib. Prezident seçkilərində Vladimir Zelenskiyə maliyyə dəstəyi verdiyinə görə, dövlət başçısının “Privatbank”ı Kolomoyskiyə qaytaracağı ehtimal edilirdi. Lakin belə bir addımın atılması V.Zelenskinin oliqarxiya sistemi ilə mübarizə siyasətinə ciddi zərbə vura bilər. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 595