hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Zəngəzura gizli səfər: Paşinyanın adamlarının gecə görüşü

Zəngəzura gizli səfər: Paşinyanın adamlarının gecə görüşü

Baş nazir Nikol Paşinyanın dekabrda Sünik (Zəngəzur) bölgəsinə səfərindən sonra region demək olar ki, qapadılıb.

Hakimiyyət nümayəndələri ora açıq şəkildə yox, artıq gizli səfər edir.

Cebhe.info xəbər verir ki, bunu Ermənistanın "Qraparak" nəşri yazıb.

Nəşrin yazdığına görə, Baş nazirin müşaviri Araik Arutunyan ilə ərazi idarətmə və infrastruktur naziri Suren Papikyan 1-3 apreldə Zəngəzura ezam olunublar.

Onlar bölgədə bəzi məsələləri müzakirə ediblər. Növbədənkənar seçki də gündəmdə olub. Partiya nümayəndləri ilə görüş isə problemdən yayınmaq üçün gecə keçirilib.

Şəhərdə məmurlar və ya rəhbərliklə heç bir görüş olmayıb. Bu faktı Qafan meri Gevorq Parsyan da təsdiqləyib.

O bildirib ki, hökumət rəsmilərini öz evində hakim "Mənim addmım" blokundan olan Karen Ambarsumyan qonaq edib. Səfərin məqsədi barədə isə meri heç nə bilmədiyini deyıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1662