hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Zəngəzurda ermənilər prezidentə şikayət etdi: “Azərbaycan hərbçiləri lap yaxınlıqda dayanıb...”

Zəngəzurda ermənilər prezidentə şikayət etdi: “Azərbaycan hərbçiləri lap yaxınlıqda dayanıb...”

Ermənistan Prezidenti Armen Sarkisyan və ombudsman Arman Tatoyan Zəngəzura səfər edib.

Cebhe.info erməni mətbuatına istinadən xəbər verir k, onlar səfər zamanı yerli sakinlərlə görüşüblər. Sakinlər prezident və ombudsmana azərbaycanlı hərbçilərin yaxınlıqda olduğundan narahatlıqlarını bildiriblər.

Qeyd edilib ki, xüsusilə Xnasax yaşayış məntəqəsinə yaxın ərazidə Azərbaycan ordusunun hərbçiləri var.

"Sakinlər öz torpaqlarından, bağlarından istifadə edə bilmirlər. Bununla əlaqədar gəlir mənbəyindən məhrum qalır, problemlə üzləşir, ailələrini təmin edə bilmirlər" iddiası səsləndirlsə də, buna konkret nəyin, hansı davranışların səbəb olduğu bildirilməyib.

Qeyd olunub ki, azərbaycanlı hərbçilərin yaxınlqıda olması ermənilərə psixoloji təsir edir.

Prezident Zəngəzurda yaşayan ermənilərlə sərhəd kəndlərinin təhlükəsizliyinin artırılmasını da müzkairə edib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1332