hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Zəngəzurda Rusiya hərbi bazasının iki dayaq nöqtəsi yaradıldı

Zəngəzurda Rusiya hərbi bazasının iki dayaq nöqtəsi yaradıldı

Ermənistanın cənubundakı Azərbaycan və İranla həmsərhəd olan Sünik bölgəsində (Zəngəzur - red.)102-ci Rusiya hərbi bazasının iki dayaq nöqtəsi yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvəqqəti Baş nazir Nikol Paşinyan parlament iclasında çıxış edərkən məlumat verib.

“Sünik bölgəsində 102-ci Rusiya hərbi bazasının iki dayaq nöqtəsi yaradılıb. Bu, yalnız Sünik bölgəsinin deyil, Ermənistanın da təhlükəsizliyini təmin etmək üçün əlavə bir zəmanətdir”,- deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, aprel ayında Paşinyan Ermənistan və Rusiyanın 102-ci Rusiya hərbi bazasının Sünik bölgəsində dayaq nöqtəsi yaratmaq imkanlarını müzakirə etdiklərini açıqlamışdı. O, həmçinin Ermənistan-Rusiya hərbi ittifaqının Ermənistanın xarici təhlükəsizliyinin təmin edilməsinin əsasını təşkil etdiyini qeyd etmişdi.

Cebhe.info


Oxunma sayı: 694