hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Zəngilanlı xanım qrossmeyster: "Gecə dəfələrlə oyanıb baxmışam ki..."

Zəngilanlı xanım qrossmeyster: "Gecə dəfələrlə oyanıb baxmışam ki..."

"Dünəndən xəbərləri izləyirik. Gecə də dəfələrlə oyanıb baxmışam ki, görüm nəsə yenilik varmı?"

Bu sözləri Cebhe.info-ya açıqlamasında şahmat üzrə qadın millimizin üzvü Türkan Məmmədyarova cəbhədə baş verənlərlə bağlı danışarkən deyib.

Əslən Zəngilandan olan xanım qrossmeysterimiz tezliklə bütün torpaqlarımızın azad olunmasını istədiyini deyib:

"Mən özüm də əslən Zəngilandanam. Bütün torpaqlarımız bizim üçün əzizdir və yenidən azad olunması hər birimizi sevindirir. Əsgərlərimiz üçün narahatıq, hamımız onlar üçün dua edirik. Çox həyəcanlıyıq. Ordumuzdan ancaq xoş xəbərlər gözləyirik. İnşallah, bütün torpaqlarımız yenidən azad olunar".

T.Məmmədyarova ermənilərin dinc əhalini hədəf tutmasını pisləyib:

"Ermənilərin mülki əhalini hədəfə alması vəhşilikdir. Necə ola bilər ki, oturduğu evdə bütün ailə həlak olur? Mülki əhaliyə qarşı müharibə edilməz. Azərbaycan ordusu bunu qaydanı gözləyir. Amma ermənilər günahsız insanlarımızı hədəf alır".

Naibə
Cebhe.info


Oxunma sayı: 1288

Bizim Telegram səhifəmizi izləyin