hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Zərdab sakini yerli məmurdan narazıdır: “Hasarımı sökdürmək istəyir, evimdə çat yaranıb” - ŞİKAYƏT - FOTOLAR - VİDEOLAR

Zərdab sakini yerli məmurdan narazıdır: “Hasarımı sökdürmək istəyir, evimdə çat yaranıb” - ŞİKAYƏT - FOTOLAR - VİDEOLAR

Zərdab rayon Dəlquşçu kənd sakini Ayaz Qurban oğlu Bayramov yerli məmurlardan narazıdır.

Cebhe.info-ya müraciət edən Ayaz Bayramov Zərdab rayon Kənd təsərrüfatı idarəsinin rəisi Vidadi Bayramovdan şikayət edib. Ayaz Bayramov idarə rəisinin qanunsuz əməllərindən söz açıb.

Belə ki, Vidadi Bayramov öz həyəti üçün su arxı qazdırmaq məqsədilə zərərçəkənin həyətinə ağır texnika salıb. Bunun nəticəsində A.Bayramovun evinin divarlarında çat yaranıb, ev qəzalı vəziyyətə düşüb.

“Vidadi Bayramov özünə su kanalı qazdırmaq üçün həyətimə ağır texnika salıb. Ağaclarımı məhv edib, yaşadığın evdə çatlar yaranıb. Evim qəzalı vəziyyət düşüb. Mən xahiş edirəm Vidadi Bayramov haqqında tədbirlər görülsün. O nə qədər vəzifədədir bizə rahatlıq yoxdu. Onun əməllərindən kəndi tərk etmək məcburiyyətində qalmışıq. Şəxsi vəasitimlə tikdirdiyim daş hasarı sökdürmək istəyir. Buna görə bizi məhkəməyə verib”-deyə, Ayaz Bayramov bildirib.

A.Bayramov bununla bağlı olaraq, ölkə rəhbərliyinə müraciət ünvanlayıb.

Naibə
Cebhe.info


Oxunma sayı: 3521

Bizim Telegram səhifəmizi izləyin