hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Zidanın komandası öz meydanında xal itirdi

Zidanın komandası öz meydanında xal itirdi

Dünən futbol üzrə İspaniya çempionatında 2-ci turun oyunları keçirilib.

Cebhe.info xəbər verir ki, fransalı futbol mütəxəssisi Zinəddin Zidanın rəhbərlik etdiyi etdiyi Madrid “Real”ı öz meydanında “Valyadolid”lə qarşılaşıb. Qonaq komanda uzun zaman qapısını toxunulmaz saxlaya bilib. “Real” hesabı 82-ci dəqiqədə açıb. Zidanın həmyerlisi Kərim Benzema fərqlənib. Lakin “kral klubu” qələbə hesabını qoruyub saxlaya bilməyib. Serxio Navarro 88-ci dəqiqədə hesabda tarazlıq yaradıb.

“Osasuna”-“Eybar”(0-0), “Xetafe”-“Atletik”(1-1) oyunları da heç-heçə başa çatıb. “Selta” “Valensiya” üzərində qələbə çalıb.
Aydın
Cebhe.info


Oxunma sayı: 870