hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Zidanın oğlu özünə klub tapdı

Zidanın oğlu özünə klub tapdı

“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidanın yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi karyerasını vətəni Fransada davam etdirəcək.

Ötən ilin oktyabrında “Almeriya”dan ayrıldıqdan bəri klubsuz qalan orta sahə oyunçusu Fransanın II liqa təmsilçisi “Rodeze” ilə anlaşıb. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

“Real” akademiyasının yetirməsi olan Enzo Zidan “Kral klubu”nun C və B komandalarında çıxış edib.

Cebhe.info


Oxunma sayı: 551