hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

"Zirə" baş məşqçisi ilə yollarını ayırdı

"Zirə" baş məşqçisi ilə yollarını ayırdı

"Zirə" baş məşqçisi Zaur Həmişovla yolları ayırıb.

Cebhe.info xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Klub rəhbərliyi və baş məşqçi Zaur Həşimov arasında görüş keçirilib. Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub.

Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər. "Zirə" PFK 2019-cu ilin oktyabrından klubda çalışan Zaur Həşimova göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Zirə" Z.Həşimovun rəhbərliyi altında koronavirus səbəbilə vaxtından əvvəl başa çatdırılan Azərbaycan Premyer Liqasını 23 xalla 5-ci pillədə bitirib. Klub avrokuboklara vəsiqə qazana bilməyib.

Cebhe.info


Oxunma sayı: 881