hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Zorakılığa məruz qalan 9-cu sinif şagirdi – Dövlət Komitəsindən açıqlama

Zorakılığa məruz qalan 9-cu sinif şagirdi – Dövlət Komitəsindən açıqlama

Neftçala rayonunda 9-cu sinif şagirdinin zorakılığa məruz qalması hadisəsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qurumlarla birgə faktın ətraflı araşdırılması istiqamətində işləri davam etdirir.

Komitənin mətbuat katibi Teymur Mərdanoglunun Cebhe.info-ya verdiyi məlumata görə, 6 aprel 2021-ci il tarixində Komitə nəzdində fəaliyyət göstərən Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloq və sosial işçiləri yenidən Neftçala rayon İcra Hakimiyyəti yanında gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun nümayəndələri, kənd tam orta məktəbinin direktor müavininin və qəsəbə nümayəndəsinin də iştirakı ilə yetkinlik yaşına çatmayan qız və onun anası ilə görüş keçirərək psixososial durum qiymətləndirilib.

Görüş zamanı ananın qızına qarşı qeyri-adekvat davranışı da nəzərə alınaraq, Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində zorakılıq qurbanı olan yeniyetmənin Bakıda müvafiq sığınacağa yerləşdirilməsi təmin edilib.

Rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ilə yetkinlik yaşına çatmayanın 2 qardaşının da psixososial durumu yoxlanıldıqdan sonra dövlət himayəsinə alınması ilə bağlı işlər davam etdirilir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 430