hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Zorla ərə verilən 14 yaşlı qız evdən qaçdı 

Zorla ərə verilən 14 yaşlı qız evdən qaçdı 

11 yaşlı əmisi oğlu ilə birlikdə yaşamağa məcbur edilən 14 yaşlı qız polisə gedərək dövlət sığınacağında qalmaq istədiyini deyib.

Cebhe.info xəbər verir ki, hadisə Türkiyənin İzmit əyalətində baş verib. 14 yaşlı N.P adlı qızın polisdəki ifadəsi nəticəsində isə onu məcburi şəkildə D.Ç.P adlı 11 yaşlı əmisi oğlu ilə birlikdə olmağa məcbur edən atası, anası və əmisi ilə əmisinin həyat yoldaşı həbs olunub.

Polisdən verilən məlumata görə, 14 yaşlı qız corab satmaq adı ilə evdən qaçıb və polis idarəsinə gəlib. O, ifadəsində öz evlərinə də getməkdən imtina edib və dövlət sığınacağında qalmaq istədiyini bildirib.

Cebhe.info


Oxunma sayı: 386