hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Zurabişvili azərbaycanlıları təbrik etdi

Zurabişvili azərbaycanlıları təbrik etdi

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda Novruz bayramı münasibətilə şənlik keçirilib.

Report xəbər verir ki, rayon mərkəzində təşkil olunmuş bayram tədbirində Gürcüstan Prezidenti Salome Zurabişvili də iştirak edib.

O, azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edərək onlara cansağlığı, xoşbəxtlik, tərəqqi və əmin-amanlıq arzulayıb: “Novruz bayramı bahar bayramıdır. Siz bayramın qeyd olunması ənənəsini davam etdirirsiniz. Bahar münasibətilə sizi təbrik edirəm. Mən burada qonaq deyiləm, mən öz evimdəyəm. Çox xoşbəxtəm ki, bayramı sizinlə qeyd edə bilirəm. Adət-ənənələrin yaşadılması çox vacibdir və bu, Gürcüstanın ən güclü tərəflərindən biridir”.

S.Zurabişvili Novruz bayramı münasibətilə təşkil olunmuş xalq gəzintisində iştirak edib, bayramın adət-ənənələri, Bahar qızı və Kosa ilə tanış olub, yumurta döyüşdürüb və bayram tonqalını yandırıb.

El şənliyinə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər də qatılıblar.

Cebhe.info


Oxunma sayı: 926