hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Zurabişvilinin oğlu Makron administrasiyasının əməkdaşı oldu

Zurabişvilinin oğlu Makron administrasiyasının əməkdaşı oldu

Gürcüstan Prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani Yelisey sarayının diplomatik bölməsinin əməkdaşı təyin edilib.

Virtualaz.org bildirir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

TASS isə bildirir ki, Fransa və Gürcüstan vətəndaşı olan Qorcestani bundan əvvəl Fransanın Nyu Yorkdakı BMT nümayəndəliyində çalışıb. Son illərdə o, Fransanın Londondakı səfirliyinin əməkdaşı olub.

Teymuraz Qorcestani yeni vəzifəsində Asiya, Şimali və Latın Amerikası ölkələri ilə əlaqəli məsələlərlə məşğul olacaq.

Bildirilir ki, Teymuraz Qorcestani Salome Zurabişvilinin İran əsilli gürcü Nikoloz Qorcestani (Ququşvili) ilə ilk nikahından olan oğludur. Zurabişvilinin bir qızı da var - Ketevan Kardava. O, jurnalist kimi fəaliyyət göstərir.

Cebhe.info


Oxunma sayı: 573